10 Dekabr 2018, Bazar ertəsi - 22:09

Bəhreyn-2016: Günün sürücüsü – Roman Qrojan

Bəhreyn-2016: Günün sürücüsü – Roman Qrojan

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:12 - 04 Aprel, 2016

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər – mükafatın sahibi yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xatırladır ki, iki həftə əvvəl yeni təsis edilmiş mükafatın ilk qalibi Haas komandasının sürücüsü Roman Qrojan olmuşdu. Roman yeni komandaya ilk yarışındaca 6-cı yeri tutmaqla xallar qazandırmışdı.

Bəhreyndə daha yaxşı çıxış edən fransalı sürücü bu dəfə finiş xəttini 5-ci keçib. Yeni komandanın uğurları daim azarkeşlərin diqqətində olduğu üçün onlar yenə də Romanı “Günün sürücüsü” seçiblər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 445
Teqlər , , ,
Paylaş

logo