K.Maqnussen: “Haas bizi təəccübləndirmişdi”

Haas komandasının yeni sürücüsü Kevin Maqnussen komandasının 2016-cı ildəki inkişafının bəxtə görə yox, təcrübəyə görə olduğuna inanır.

F-1.az xatırladır ki, Haas komandası Formula1-də keçən il debüt etmiş və ilk yarışlarda əla performans göstərmişdi. Amma amerikalılar mövsüm ərzində geriyə düşsə də, yaddaqalan komandalardan biri olmuşdular və Manor, Sauber və Renault kimi komandaları qabaqlayaraq, Mühəndislər Kubokunda 8-ci olmuşdular.

Haas bu il daha yaxşı nəticələr hədəfləyir. Kevin Maqnussen bu barədə danışıb: “Haas debüt yarışında bizə təsir etmişdi. Necə olmuşdu ki, qaydalara bu qədər tez uyğunlaşıb, yaxşı nəticələr almışdılar. Bunu başa düşməmişdik. Gözəl mövsüm keçirtdilər. Bu il 2016-cı ildəkindən yaxşı nəticə göstərməliyik və buna görə də çox işləməliyik. Keçənilki təcrübə bizə çox kömək edəcək. Ümid edirəm ki, işlər qaydasında gedər və yeni qaydalara tez uyğunlaşarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*