19 İyun 2019, Çərşənbə - 07:08

Haas komandası cərimələnib

Haas komandası cərimələnib

Müəllif: Elçin Zodorov, redaktor

13:19 - 25 Mart, 2018

Komanda hər hadisə üçün 5 000 avro olmaqla, ümumilikdə 10 000 Avro ödəməlidir.

F-1.az xatırladır ki, bu gün baş tutan Avstraliya Qran Prisində pit-stop zamanı həm Roman Qrojanın, həm də Kevin Maqnussenin maşınının bir təkəri yaxşı bağlanmamış, buna görə də hər iki sürücü mübarizəni dayandırmalı olmuşdu.

Stüardlar apardıqları təhlillərdən sonra komandanı hər iki sürücünü pit-stopdan sonra trasa buraxaraq təhlükəsizlik qaydalarını pozmaqda günahlandırıblar və ümumilikdə 10000 Avro məbləğində cərimələyiblər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 277
Teqlər , , , , ,
Paylaş

logo