K.Maqnussen əlindən əməliyyat olunub

Bir müddətdir məlum idi ki, danimarkalı sürücünün biləyində kista aşkar edilib və onu çıxarmaq üçün cərrahiyyə əməliyyatı tələb olunur.

F-1.az xəbər verir ki, bu gün Haas-ın sürücüsünün əməliyyatın uğurlu keçib, lakin o, 24 saatlıq Daytona marafonundan geri çəkilməli olacaq.

Kevin sosial şəbəkədəki şəxsi hesabından yazıb: “Qolumdakı əməliyyat yaxşı keçdi, amma həkimlər mənə Daytonada maşın sürməməyi məsləhət gördülər. Gələn həftə sonu MDK Motorsports komandasına uğurlar diləyirəm!”

Kevin Maqnussenin fevralın 23-də Bəhreyndə başlayacaq mövsümöncəsi testlər üçün tam sağalması gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*