A.Covinatsi Haas-a zərər verir?

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, gələn il Antonio Covinatsi ilə işləmək istəmirlər.

F-1.az xatırladır ki, italiyalı sürücü 2017-ci ildə 7 yarışda Haas komandası ilə sərbəst yürüşlərdə iştirak edib. Amma Qrojan və Maqnussen birinci sərbəst yürüşlərdə iştirak edə bilmədikləri üçün həftəsonuna hazırlaşa bilmirdilər.

Günter Ştayner: “Bunun bizə və ya sürücülərimizə heç bir köməyi yoxdur. Mənfi təsirini deyə bilmərəm, amma müsbət təsiri də yoxdur. Görək gələn il necə olacaq. Hələ bu barədə danışmamışıq.

Onlar Covinatsini yarışdırmağı təklif etdilər, amma təzyiq göstərmədilər. Açıqca dedik ki, sürücülərimizlə müqaviləmiz var. Hər şey qəti idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*