G.Ştayner: “Kevinin sürüş tərzi əyləclərə problem yaratmır”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Kevin Maqnussenin sürüş tərzi əyləc problemlərini azaltsa da, Roman Qrojan daha çox problem yaşayır.

F-1.az xatırladır ki, Qrojan iki ildir ki, Haas-da əyləclərlə bağlı problem yaşayır. Komanda Brembo ilə yaxından işləsə də, bu problemi həll etmək mümkün olmur. Amerikalılar Carbon İndustrie əyləclərini test etsələr də, bunun heç bir faydası olmayıb.

Günter Ştayner: “Kevinin Bakıda əyləclərlə bağlı problemi yox idi. Sürüş tərzi əyləclərlə bağlı problemlərimizi azaldır. Roman isə sürüş tərzinə görə əyləclərin mükəmməl olmasını istəyir və heyif ki, hələ o həddə deyilik. Bolidimiz sazlanmalar cəhətdən o qədər də bərbad deyil. Ən yaxşı yerə yaxınlaşırıq, amma uğur qazanmaq üçün vaxt lazımdır”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*