Haas bu il daha çox inkişaf edəcək

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, builki bolidin inkişafı uzun müddət davam edəcək.

F-1.az xatırladır ki, komandanın resursu olmadığı üçün keçən il VF-17-nin inkişafını dayandırmış və VF-18-in hazırlanmasına fokuslanmışdılar.

Günter Ştayner: “Gələn il reqlament dəyişmir. Keçən ildən bəri çox az şey dəyişib. Keçənilki bolid zəif idi və yeni boliddə böyük dəyişikliklər etmək lazım idi. 2016-cı ildən 2017-ci ilə keçərkən təcrübəmiz az idi. Enişli-yoxuşlu dövrlər keçirdik. Səbəbini bilmirdik. Doğru yöndə getsək də, problemləri həll etmək üçün zamana ehtiyacımız var idi. Problemi həll etməyə yeni işçilər lazım idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*