K.Maqnussen: “Bəxtim gətirmədi”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, mövsümdəki ən yaxşı sıralanma nəticəsini ala biləcəkləri sıralanma turunda məyusluq yaşayıb.

F-1.az xatırladır ki, danimarkalı sürücü Avstriyada sıralanma turunda asılqan probleminə görə ikinci sessiyada trasa çıxa bilməyib.

Kevin Maqnussen: “Sıralanma turuna mübarizəyə davam edə bilməmək əsəbpozucudur. Buna görə narahatam. Bu gün rəqabətədavamlı idik və yaxşı nəticə qazana bilərdik. Hər şey yaxşı vəziyyətdə olan halda asılqanım qırıldı. Heç bir yerə vurmadım. Hər şey birdən baş verdi. Deyəsən bazada nəsə səhv yığılıb. Bəxtimiz gətirmədi. Nə deyim? Görək yarışda necə olacaq. Ümid edirəm ki, sabaha qədər ən yaxşı formada olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*