14 Oktyabr 2019, Bazar ertəsi - 02:45

Renault ehtiyat pilotunu fevral ayında elan edəcək

Renault ehtiyat pilotunu fevral ayında elan edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

07:47 - 14 Yanvar, 2016

Renault komandası Kevin Maqnussen haqqında şayiələrə baxmayaraq, üçüncü pilotunu fevral ayında təqdim edəcəyi barədə məlumat yayıb…

F-1.az xatırladır ki, Renault uzun danışıqların nəticəsində Lotus komandasını satın alaraq 5 ildən sonra Formula1-ə qayıdıb. Ancaq Lotus komandanı fransızlara satmamışdan əvvəl 2016-cı il üçün Pastor Maldonado və Jolion Palmer ilə müqavilə bağlamışdı.

İngiltərənin The Telegraph nəşri Renault-nun ehtiyat pilot üçün Kevin Maqnussen ilə razılığa gəldiyini iddia edir. Fransızların mətbuat katibi bu məsələyə münasibət bildirərkən deyib ki, “hazırda şayiələr çoxdur və pilotların çoxu müqavilə imzalayıb, biz üçüncü pilotumuzu fevral ayında təqdim edəcəyik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 456
Teqlər , , , , , , ,
Paylaş

logo