K.Maqnussen: Sürətli dövrə mənasızdır

Haas komandasının sürücüsü Kevin Maqnussen testlərdə zirvədə olduğu üçün sevinir.

F-1.az xatırladır ki, Haas komandası Bəhreynə gec gəldiyi üçün testlərin ilk günündə səhər trasa çıxa bilməmişdi. Buna görə də FİA testlərin ikinci günündə onlara əlavə 1 saat vaxt verib. Birillik fasilədən sonra sükan arxasına qayıdan Maqnussen bu birsaatlıq vaxtda ən sürətli nəticəni göstərib.

Kevin Maqnussen: “Ən yaxşı nəticəni göstərsəm də, bunu ciddiyə almıram. Bilirəm ki, bunun heç bir mənası yoxdur. Lakin gün ərzində 60 dövrə vurdum və gözəl gün idi. Boliddən düşmədim. Yenidən Formula1 maşını sürmək və komanda ilə işləmək əla hiss idi.

Günün sonunda boynum ağrımağa başladı, amma bunu proqnozlaşdırmışdım. Sabah məşqlərə başlayacam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*