11 Dekabr 2018, Çərşənbə axşamı - 17:31

R.Qrojan: “Doqquzuncu yeri özüm istədim”

R.Qrojan: “Doqquzuncu yeri özüm istədim”

Müəllif: Rauf Hacıyev, redaktor

23:02 - 02 Aprel, 2016

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, ikinci seansda özü istəyib ki, Niko Hulkenberq onu qabaqlasın…

F-1.az xatırladır ki, Qrojan ikinci seansda səkkizinci yerdə gedirdi və üçüncü seansa qalmağa çox yaxın idi, amma Force İndia komandasının sürücüsü Niko Hülkenberq onu qabaqlayaraq 8-ci yeri tutub.

Beləliklə, Qrojan doqquzuncu yerə düşüb və sonuncu seansa keçə bilməyib. Fransalı sürücü sabah istədiyi təkər dəsti ilə yarışa başlaya bilər. Qrojan bildirib ki, elə məhz buna görə 3-cü seansa çıxmaq istəməyib və dua edib ki, Hülkenberq onu qabaqlasın: “Doqquzuncu yer bizim üçün ən yaxşı nəticə idi. Üçüncü seansa çıxıb, daha yaxşı yer tutmaq üçün fürsətimiz var idi, amma bunun heç bir mənası yox idi. Ona görə də istəyirdim ki, biri gəlsin və məni doqquzuncu yerə salsın.

Mənim bu istəyim sizə qəribə gələ bilər, amma təzə təkər qaydalarında bu daha yaxşıdır.

Startda yaxşı yer tutmaq vacibdir, amma 7-ci yer ilə 12-ci yer arasındakı ən yaxşı mövqedəyəm.

Hülkenberq birinci sektorda zəif nəticə göstərəndə, “sürətli gəl, sürətli gəl” deməyə başladım. Onun ikinci sektordakı nəticəsini görəndə rahatlandım.

Bu sizə axmaqlıq kimi görünə bilər. Bəlkə də mübarizə aparmalıyam, amma istədiyiniz təkəri seçmək üçün bu daha yaxşıdır”.

Qrojan bildirib ki, Haas-ın performansına təəccüblənib və əlavə edib ki, amerikalılar daha da sürətli olacaqlar: “Sıralanma turu bizim üçün yaxşı keçdi. Biz belə yaxşı nəticə alacağımızı düşünmürdük. Bizim əsas məqsədimiz ikinci seansa qalmaq və ilk yarışdakındən daha yaxşı nəticə almaq idi.

Biz bolidin potensialını üzə çıxardıq və növbəti yarışlarda daha güclü olacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 332
Teqlər , ,
Paylaş

logo