R.Qrojan startda iki yer itirəcək, Manor sürücüləri starta buraxılıblar

Malayziya Qran Prisinin sıralanma turundan sonra stüardlar Roman Qrojanı otaqlarına çağırıblar – Lotus komandasının sürücüsü pit-leyndə növbə gözləmək qaydasını pozubmuş. […]

Malayziya Qran Prisinin sıralanma turundan sonra stüardlar Roman Qrojanı otaqlarına çağırıblar – Lotus komandasının sürücüsü pit-leyndə növbə gözləmək qaydasını pozubmuş. Bundan başqa stüardlar 107%-lik həddi aşa bilməyən Manor komandasının sürücülərini də müzakirə ediblər.

Qrojan sessiyanın başlanmasını bildirən yaşıl işıq yanan zaman pit-leyndə ardıcıllığı gözləmədən kənar yolla trasa tələsib. Onun bu hərəkəti qanun pozuntusu olduğu üçün və bununla da üstünlük qazanaraq sonuncu sessiyaya keçdiyi üçün, stüardlar fransalı sürücünü sabah yarışın startında 2 yer itirməklə cərimə ediblər.

Manor komandasının sürücülərinin sərbəst yürüşlərdə göstərdikləri nəticələri nəzərə alan stüardlar Roberti Merhinin və Uill Stivensin yarışda iştirak etmələrinə icazə veriblər.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*