12 Dekabr 2018, Çərşənbə - 09:15

Çin-2016: Günün sürücüsü – Daniil Kvyat

Çin-2016: Günün sürücüsü – Daniil Kvyat

Müəllif: Elçin Zodorov, redaktor

18:59 - 18 Aprel, 2016

Bu il Red Bull-a ilk podiumu qazandıran Daniil Kvyat Çin Qran Prisində “Günün Sürücüsü” mükafatını qazanıb.

F-1.az xatırladır ki, ilk 2 yarışda bu mükafata Haas komandasına vacib xallar qazandıran Roman Qrojan layiq görülmüşdü.

Çin Qran Prisini 3-cü yerdə tamamlayan Kvyat startda baş verən insidentlərin mərkəzində olub. O, ilk döngədə Sebastyan Fettelə hücum etmiş, bunun nəticəsində bir qədər sola çəkilməli olan Fettel komanda yoldaşı Kimi Rəykkönenlə təmas yaşamışdı.

Bu yarışdakı podium Kvyatın karyerasındakı 2-ci podiumdur.

Qeyd edək ki, “Günün Sürücüsü” mükafatı bu il təsis edilib. Mükafatın sahibi yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 423
Teqlər , , , , , ,
Paylaş

logo