F-1.az xəbər verir ki, Haas komandası ikinci mövsümöncəsi testlərə pis başlayıb və ilk iki gündə ciddi problemlərlə üzləşib, amma testlərin son günündə Qrojan nahara qədər 66 dövrə atıb və VF-16 dözümlü təsir bağışlayıb.
Qrojan bildirib ki, onlar əyləclərlə bağlı yeni üsula əl atıblar: “Bu üsul daha yaxşı və daha etibarlıdır. Artıq daha yaxşı vəziyyətdəyik. Özümü rahat hiss edirəm. Komandada hər kəs rahatlandı.
Əgər əyləclər olmasa, bolidi sürmək qeyri-mümkün olar. Komanda çox yaxşı işlədi. Bütün gecə problemi həll etmək üçün işlədilər.
İnanılmaz iş gördük, amma görəcəyimiz işlər hələ çoxdur. Bu gün yaxşı keçdi”.