17 Sentyabr 2019, Çərşənbə axşamı - 08:57

R.Qrojan: “Bir ildə çox şey öyrəndik”

R.Qrojan: “Bir ildə çox şey öyrəndik”

Müəllif: Rauf Hacıyev, redaktor

14:16 - 14 Mart, 2017

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, komandası son ildə güclü inkişaf edib və buna görə sevinclidir.

F-1.az xatırladır ki, Haas komandası Formula1-də 2016-cı ildə debüt etmiş və Mühəndislər Kubokunda 8-ci yeri tutmuşdu. Amerika təmsilçisi Qrojanla Avstraliyada 6-cı, Bəhreyndə 5-ci olmuşdu.

Roman Qrojan: “Boliddə özümü yaxşı hiss edirəm. Testlərdə sürdüyümüzdən daha çox potensial var və məqsədimiz bunu müəyyən etməkdir.

Ferrari güclü mühərrik hazırlayıb. Buna görə də əminik ki, arxamızda güclü dəstək var. İtalyanlarla aramızda olan bu tərəfdaşlıq bizə çoxlu xallar qazandıracaq.

Biz də Haas olaraq son mövsümdən çox şey öyrəndik və bu təcrübə il gözəl işlər gördük. Ümid edirəm ki, yeni mövsümdə keçən ilə nisbətən yaxşı nəticələr alarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 391
Teqlər , ,
Paylaş

logo