R.Şumaxer: Ştaynerin münasibəti xoş deyil

Hazırda Formula1-də ən çox müzakirə edilən məsələlərdən biri Mik Şumaxerin komandada qalıb-qalmayacağıdır.

F-1.az xəbər verir ki, sabiq F1 pilotu Ralf Şumaxer öz qardaşı oğlunun komandadakı vəziyyəti barədə danışıb.

Ralf Şumaxer: “Düşünürəm ki, Haas üçün də Mikin gələcəyi ilə bağlı qərar vermək çətindir. Yoxsa bunu çoxdan edərdilər. Komandadakı vəziyyət, Günter Ştaynerin açıq sözlülüyü yumşaq dildə desəm, heç də həmişə xoş deyil. Mik artıq öz potensialını nümayiş etdirib. Amma nə edir etsin, Günter ondan razı deyil. Bu davranışı adi səbəblərlə izah etmək çətindir. Şəxsi bir məsələ olmalıdır. Düşünürəm ki, Günter komandada ondan başqasının diqqət mərkəzində ola biləcəyini qəbul etmək istəmir. O, ön planda olmağı çox sevir”.

Qeyd edək ki, komandanın artıq Niko Hülkenberqlə razılaşdığı və tezliklə bunun elan ediləcəyi bildirilir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*