G.Ştayner: “Ara düzəldən deyiləm”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Maqnussenlə Qrojan arasındakı münasibətlə maraqlanmır.

F-1.az xatırladır ki, iki sürücü bu il İspaniya, Almaniya və Britaniya yarışlarında təmas ediblər və bəzi iddialara əsasən indi küsülüdürlər.

Günter Ştayner: “Aralarında həll etsinlər. Onların şəxsi işlərinə qarşmaq istəmirəm. Komandaya hörmət etdikləri halda, onlara müdaxilə edə bilmərəm və barışdırmaram. İki nəfəri barışdırmaq asan iş deyil. Bunu bacaran da deyiləm. Onları bir şeyə məcbur etmək yaxşı nəticə vermir. Psixoloq olmasam da, bunu yaxşı bilirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*