Haas Alfa Romeo kimi tərəfdaşlığa razıdır?

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Alfa Romeo-nin Sauber kimi tərəfdaşlığına razı olarlar.

F-1.az xatırladır ki, Fiat Chrysler alyansının rəhbəri Sercio Markionne Alfa Romeo brendini Sauber komandası ilə idmana qaytarıb. Növbədə isə Maserati-dir və əksəriyyət düşünür ki, tarixi brend Haas komandası ilə idmana qayıdacaq.

Günter Ştayner: “Alfa Romeo barəsində Sercio bizimlə danışmadı. Amma niyə də yox? Biz danışıqlara açığıq. Əgər bir fikirləri varsa, bununla maraqlanarıq. Amma bu, bizim üçün əsas plan deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*