E.Qutyerres Saynsdan narazıdır

Esteban Qutyerres Yaponiyada Saynsa hücum edərkən, yerində fırlanmışdı. Meksikalı sürücü Saynsın düz hərəkət etmədiyini bildirib...

F-1.az xatırladır ki, Qutyerres yarışa 10-cu yerdən başlasa da, yerində fırlanandan sonra yarışı 20-ci yerdə bitirmişdi.

Esteban Qutyerres: “O ədalətli davranmadı. Daxildən hücum edəcəyimi bilirdi. Lazımi qədər boşluq və sürət var idi. Əgər vaxtında əylənməsəydim, ona çırpılacaqdım”.

Qutyerres yarışda yaxşı start alıb 8-ci yerə qədər yüksəlsə də, sonradan geriyə düşmüşdü: “Doğrudan da, yaxşı start almışdım. Sürət yaxşı idi. Yarışın əvvəlində hər şey yaxşı idi, amma pitə gələndən sonra trafikdə qaldım. Harada səhv etdiyimizi bilmirəm. Daha yaxşı strategiya seçə bilərdik. Daha sonra isə mavi bayraqlara görə işlər çətinləşdi. Bu, yaxşı hal deyildi.

Sıralanma tempimiz güclü idi və növbəti yarışlarda da bu tempi davam etdirməliyik. Pozitiv olmalıyıq. Yarış istədiyimiz kimi keçmədi, amma gələcəkdə daha yaxşı ola bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*