26 Mart 2019, Çərşənbə axşamı - 06:53

Haas-da problemin səbəbini hələ də bilmirlər…

Haas-da problemin səbəbini hələ də bilmirlər…

Müəllif: Elçin Zodorov, redaktor

12:35 - 25 Mart, 2018

Haas komandası Avstraliyada yaxşı nəticə göstərməyə iddialı idi, lakin hər iki sürücüsü maşının təkəri pit-stopda yaxşı bağlanmadığı üçün yarışı yarımçıq saxlayıb.

F-1.az bildirir ki, hər kəs baş verənlərlə bağlı söz tapmaqda çətinlik çəkir…

Roman Qrojan: “Mən həftəsonu boyu həm dolu, həm də boş çənlə maşının tempindən razı idim. Bu gün də sürətli idim və əminəm ki, startda Kevinin önündə olsaydım, liderlərlə mübarizə apara bilərdim. Biz hər şeyi təhlil edərək baş verənlərin səbəbini tapacağıq və daha güclü qayıdacağıq. Araşdırmaq lazımdır ki, bu, qaykaburandan qaynaqlanan problemə görə oldu, yoxsa mexanikin səhvinə görə? Bu gün xeyli xal itirdik, lakin daha sürətli olaraq, yaxşı nəticələr əldə edərək bunu unuda bilərik”.

Kevin Maqnussen: “Yarış yaxşı alınmışdı, buna görə də, baş verənlərlə barışmaq çox çətindir. Yüksək mövqelər uğrunda mübarizə aparırdıq, lakin hər ikimiz yarışı yarımçıq saxlamalı olduq. Çox məyus oldum. Əminəm ki, komanda olaraq bunun öhdəsindən gələcəyik və növbəti mərhələdə mübarizəyə qayıdacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər , , , ,
Paylaş

logo