22 Sentyabr 2019, Bazar - 14:10

Avstraliya-2017: Ən ciddi əylənmə nöqtəsi (video)

Avstraliya-2017: Ən ciddi əylənmə nöqtəsi (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:24 - 22 Mart, 2017

Avstraliya Qran Prisi ərəfəsində Brembo şirkətinin mühəndisləri Albert Parkda ən ciddi əylənmə nöqtəsini – 3-cü döngənin girişini təsvir edən videoçarx hazırlayıblar.

Maraqlıdır ki, Brembo-nun mütəxəssislərinin fikrincə, yeni reqlament çərçivəsində hazırlanmış maşınlar enli təkərlərə keçdikdən sonra Albert Parkda ən ciddi əylənmə nöqtəsi də yerini dəyişib – indi sürücülər ikinci düzlüyün sonundakı Whiteford döngəsində daha çox yüklənəcəklər. V6 turbo motorlara keçdikdən sonra Albert Parkda ciddi əylənmə nöqtəsi birinci döngəyə”köçmüşdü”, indi isə yerinə qayıdır.

F-1.az şirkətin rəsmi videosuna istinadən bildirir ki, Formula1 sürücüləri bu döngənin girişində bolidin sürətini 110 metr ərzində 219 km/saat (312-93) azaltmalıdırlar, bu zaman əylənmədən 2168 kVt güc ayrılır, yüklənmə 4.8g-yə çatır, əyləc pedalına edilən təzyiq isə 163 kq təşkil edir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 839
Teqlər , , , ,
Paylaş

logo