Avstraliya-2020: Tras və statistika

Melburn Avstraliyanın böyüklüyünə görə ikinci şəhəri və Viktoriya ştatının inzibati mərkəzidir. Şəhər trası müvəqqəti xarakter daşıyır və şəhərin işgüzar mərkəzində salınmış süni göllərin sahilindəki yolları birləşdirir.

F-1.az xatırladır ki, Avstraliya Qran Prisi 1985-ci ildən keçirilir. İlk 11 il ərzində Adelaidada baş tutan yarış mövsümə son qoyurdu, 1996-cı ildən Melburna köçən yarış isə, adətən, mövsümə start verir. 2015-ci ildə yarışın təşkilatçıları Qran Prinin keçirilməsi üzrə müqaviləni 2023-cü ilədək uzatdılar. Yarış həftəsonu ərzində Albert Parka 300 mindən çox tamaşaçı baş çəkir, Qran Pri ilə bilavasitə və ya dolayı əlaqəsi olan yerli biznesin gəliri isə 39 milyon Avstraliya dolları həcmində dəyərləndirilir. Melburn təqvimdə ən qonaqpərvər yarış keçirən şəhər sayılır – bir çoxları hesab edirlər ki, bu sahədə onunla yalnız Monreal rəqabət apara bilər. Avropadan uzaqlığına baxmayaraq, tamaşaçıların yarışı normal vaxtda izləməsi üçün start vaxtı axşama doğru çəkilib. Mövsümün ilk yarışı statusu həmişə bu yarışa maraq qatır. Australian Grand Prix

FORMULA 1 2020 ROLEX AUSTRALIAN GRAND PRIX
Tarix Tras Dövrənin uzunluğu Dövrələrin sayı Yarış məsafəsi
13-15 mart 2020-ci il Albert Park, Melburn 5303 m 58 307.574 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Tras kifayət qədər sürətlidir və aerodinamikaya tələbkar deyil. Müvəqqəti traslara xas olan çırk və toz üzündən asfaltla ilişmə həftəsonu ərzində xeyli yaxşılaşır, bu isə sazlanmalarla işi çətinləşdirir. Digər şəhər traslarında olduğu kimi, Albert Parkın asfalt örtüyü ideal deyil – asfaltda kifayət qədər kələ-kötür sahələr var. Tras motorlara çox tələbkardır, motora düşən yüklənməyə görə tras yalnız Montsaya uduzur – dövrənin 66% hissəsində sürücülər qazı tam döşəməyə sıxırlar. Yavaş döngələrdən çıxışda daim sürətlənmələr olduğu üçün maşının idarəolunması və motorun dirsəkli valının dövriyyəsinin geniş diapazonda stabilliyi vacib rol oynayır. Aerodinamika asfaltayatma qüvvəsinin orta-yüksəyə yaxın səviyyəsinə sazlanır – sazlanmalara görə tras Silverstounu xatırladır, həftəsonunun gedişində mühəndislər ənənəvi olaraq asfaltayatma qüvvəsi ilə sürət arasında kompromis axtarmaqla məşğul olurlar. Albert Parkda dövrəni yaxşı keçmək üçün qaz pedalına maksimum həssas maşın olmalıdır, asılqanların sazlanması zamanı əylənmədə bərklik və stabilliyə nail olmaq lazımdır. Tras əyləclərin effektivliyinə və onların soyudulmasına tələbkardır. Ötmək üçün ideal yer start düzlüyünün sonudur, bu düzlükdə sürücülər 300 km/saat sürət yığırlar və Jones döngəsində əylənmədə mövqe qazansalar, ikinci döngənin çıxışında mövqelərini möhkəmlədə bilərlər. Bu iki düzlükdə DRS-dən istifadə sahələri yerləşir, yeganə interval ölçmə nöqtəsi isə 14-cü döngənin girişindədir. Ən maraqlı döngə isə 12-cidir – Waite döngəsinə 250 km/saat sürətlə girən maşın porebrikə hücum edərək daha sürətli sahəyə çıxır, kiçik səhv böyük vaxt itkisinə səbəb olur, çünki daha bir DRS zonası bu döngədən dərhal sonra başlayır.

2019-cu ilin Avstraliya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
Sessiya Hava Sürücü Komanda Zaman
1-ci sərbəst yürüşlər Günəşli, quru L.Həmilton Mercedes AMG 1:23.599
2-ci sərbəst yürüşlər Günəşli, quru L.Həmilton Mercedes AMG 1:22.600
3-cü sərbəst yürüşlər Qurumaqda olan tras L.Həmilton Mercedes AMG 1:22.292
Sıralanma turu Buludlu, quru L.Həmilton Mercedes AMG 1:20.486
Yarışda sürətli dövrə Günəşli, quru V.Bottas Mercedes AMG 1:25.580

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Avstraliya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Əgər bu kanalda canlı yayımlamaq mümkün olmasa, onda siqnal Mədəniyyət kanalına ötürüləcək. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

İspaniya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
Tarix Sessiya Zaman TV
13 mart 1-ci sərbəst yürüşlər 05:00
13 mart 2-ci sərbəst yürüşlər 09:00
14 mart 3-cü sərbəst yürüşlər 07:00
14 mart Sıralanma turu 10:00 09:30
15 mart Yarış 09:10 09:00

Pirelli tyres 2019

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, tərkiblərin dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında dəyişir…

STATİSTİKA

Hazırkı pilotların Avstraliya Qran Prisində nəticələri
Pilot QP Xallar Poul Podium Qələbə
L.Həmilton 13 164 8 9 2
S.Fettel 12 150 3 7 3
K.Rəykkönen 17 99 1 6 2
V.Bottas 7 59 2 1
M.Ferstappen 5 34 1
D.Rikkardo 9 34
K.Maqnussen 6 26 1
S.Peres 9 12
Ş.Lekler 2 10
K.Sayns 5 9
R.Qrojan 8 9
D.Kvyat 5 5
L.Stroll 3 2
E.Okon 2 1
P.Qasli 2
A.Covinatsi 2
L.Norris 1
A.Elbomn 1
C.Rassel 1
N.Latifi

 

Avstraliya Qran Prisinin qalibləri
Tarix Tras Poul Qələbə
17.03.2019 Melburn L.Həmilton Mercedes AMG V.Bottas Mercedes AMG
25.03.2018 Melburn L.Həmilton Mercedes AMG S.Fettel Ferrari
26.03.2017 Melburn L.Həmilton Mercedes AMG S.Fettel Ferrari
20.03.2016 Melburn L.Həmilton Mercedes AMG N.Rosberq Mercedes AMG
15.03.2015 Melburn L.Həmilton Mercedes AMG L.Həmilton Mercedes AMG
16.03.2014 Melburn L.Həmilton Mercedes AMG N.Rosberq Mercedes AMG
17.03.2013 Melburn S.Fettel Red Bull K.Rəykkönen Lotus
18.03.2012 Melburn L.Həmilton McLaren C.Batton McLaren
27.03.2011 Melburn S.Fettel Red Bull S.Fettel Red Bull
28.03.2010 Melburn S.Fettel Red Bull C.Batton McLaren
29.03.2009 Melburn C.Batton Brawn GP C.Batton Brawn GP
16.03.2008 Melburn L.Həmilton McLaren L.Həmilton McLaren
18.03.2007 Melburn K.Rəykkönen Ferrari K.Rəykkönen Ferrari
02.04.2006 Melburn C.Batton Honda F.Alonso Renault
06.03.2005 Melburn C.Fizikella Renault C.Fizikella Renault
07.03.2004 Melburn M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
09.03.2003 Melburn M.Şumaxer Ferrari D.Kulthard McLaren
03.03.2002 Melburn R.Barrikello Ferrari M.Şumaxer Ferrari
04.03.2001 Melburn M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
12.03.2000 Melburn M.Həkkinen McLaren M.Şumaxer Ferrari
07.03.1999 Melburn M.Həkkinen McLaren E.İrvayn Ferrari
08.03.1998 Melburn M.Həkkinen McLaren M.Həkkinen McLaren
09.03.1997 Melburn J.Vilnöv Williams D.Kulthard McLaren
10.03.1996 Melburn J.Vilnöv Williams D.Hill Williams
12.11.1995 Adelaida D.Hill Williams D.Hill Williams
13.11.1994 Adelaida N.Mənsell Williams N.Mənsell Williams
07.11.1993 Adelaida A.Senna McLaren A.Senna McLaren
08.11.1992 Adelaida N.Mənsell Williams G.Berger McLaren
03.11.1991 Adelaida A.Senna McLaren A.Senna McLaren
04.11.1990 Adelaida A.Senna McLaren N.Pike Benetton
05.11.1989 Adelaida A.Senna McLaren T.Butsen Williams
13.11.1988 Adelaida A.Senna McLaren A.Prost McLaren
15.11.1987 Adelaida G.Berger Ferrari G.Berger Ferrari
29.10.1986 Adelaida N.Mənsell Williams A.Prost McLaren
03.11.1985 Adelaida A.Senna Lotus K.Rosberq Williams
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*