K.Maqnussen: “Testlər pul itkisidir”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, testlər onlar üçün pul itkisidir.

F-1.az xatırladır ki, Haas komandası may ayında Barselona testlərində iştirak etsə də, bu həftə baş tutan Macarıstan testlərində qalmaqdan imtina ediblər.

Günter Ştayner bunun səbəbin belə izah etmişdi: “Macarıstandakı testlərdə iştirak etməkdənsə, Silverstoundakı təkər testlərindən və simulyatorlardan gələn məlumatları analiz edəcəyik”.

Kevin Maqnussen: “Qatılmaq vacib deyil. Ondansa bazadan gələn məlumatları dəyərləndirərik. Bizim yeniliyimiz yoxdur və buna görə də testlər pul itkisidir. Pulu balansla xərcləmək lazımdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*