M.Şumaxer: Elə bil tort alıb yemirəm

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, tort alıb yeyə bilmirmiş kimi hiss edir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Fransadakı sıralanma turunda ilk cəhdindən sonra 1.2.942 zaman nəticəsi ilə 14-cü yerdə qərarlaşıb. İkinci cəhdlərdə isə Mik bolidin idarəetməsini itirərək, baryerlərə çırpılıb. Bunun nəticəsində qırmızı bayraqlar çıxıb və əfsanəvi Mixael Şumaxerin oğlu ilk dəfə sıralanma turunda ikinci sessiyaya qalıb.

Mik Şumaxer: “Belə düşünək – Elə bil tort alıb, yeyə bilmirsiniz. Belə hiss edirəm. Komanda olaraq uzun müddətədən sonra ilk dəfə ikinci sessiyayaq aldıq. Buna görə də ikinci sessiyada sürə bilməmək pis oldu. Ümdi edirəm ki, yarışda yaxşı nəticə qazanarıq.

Ötürmələr qutusu tez qırılır. Dəyişiklik olarmə bilmirəm. Ümid edirəm ki, hər şey qaydasındadır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*