Rəsmən: Haas komandası Uralkali və Mazepinlə yollarını ayırıb

Haas komandası titul sponsoru Uralkali və sürücüsü Nikita Mazepinlə yollarını ayırıb.

F-1.az xatırladır ki, Rusiya ordusu Ukraynanl işğal etdikdən sonra bütün Dünya Rusiyaya qarşı sanksiyalar qaldırıb. Avtoidman dünyası da buna biganə qalmayıb. Daha əvvəl Rusiya Qran Prisi tammailə Formula1 təqvimindən çıxarılıb. Daha sonra rusiyalı sürücülərin tərəfsiz yarışmasına qərar verilib. Lakin Haas komandası daha radikal addım ataraq, əsas sponsoru Uralkali və sürücüsü Nikita Mazepinlə yollarını ayırıb.

Qeyd edək ki, Mazepin keçən il Formula2-dən komandaya gəlmiş və mövsümü turnir cədvəlinin zirzəmisində bitirmişdi.

Haas komandası bu barədə belə açıqlama verib: “Haas komandası titul sponsoru Uralkali və sürücüsü Nikita Mazepinlə yollarını ayırıb. Bütün Formula1 Dünyası kimi biz də Ukraynanın işğalına görə məyusuq. İstəyirik ki, tərəflər bir-birlərilə sülh bağlasınlar”.

Qeyd edək ki, rusiyalı sürücünün yerinə əsas namizəd Pyetro Fittipaltidir. Digər əsas namizdə isə Ferrari-nin yetirməsi Antonio Covinatsidir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*