M.Şumaxer xala ümid edir

Haas komandasının sürücüsü Mik Şumaxer Amerikada xal qazanmaq istəyir.

F-1.az xatırladır ki, almaniyalı pilot bu il sadəcə iki yarışda xal qazanıb və onun gələcəyi elə də parlaq görünmür. Buna görə də son 4 yarışda özünü yaxşı tərəfdən göstərməlidir.

Mik Şumaxer: “Amerikada yarışmaq bu il daha fərqli olacaq. 2021-ci ildə burada ilk dəfə yarışırdım. Buna görə də bolidə öyrəşmək üçün vaxtım var idi. Keçən il xal üçün yarışmaq mümkünsüz idi. Ancaq komanda peşəkarlıq nümayiş etdirdi və təslim olmadı.

Bu il isə vəziyyət fərqlidir və yüksəlirik. Haas-da hamı yaxşı nəticə üçün əlindən gələni etdi. Ostində bu komandanı təmsil etmək böyük şərəfdir.

Bu tras bolidimizə uyğundur. Son dövrlərdə bəxtimiz gətirmir ya da problemlər yaşayırıq, amma komanda olaraq vəziyyəti dəyişdirməyə çalışırıq. Ümid edirəm ki, xal qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*