21 Sentyabr 2019, Şənbə - 23:49

G.Ştayner: “Yeni əyləclər Bəhreynə hazır olacaq”

G.Ştayner: “Yeni əyləclər Bəhreynə hazır olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

11:38 - 15 Mart, 2017

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, komamdanın yeni əyləclərini Bəhreyndən əvvəl test edə biləcəklər.

F-1.az xatırladır ki, Haas komandası əyləclərə görə keçən mövsüm çox xallar itirmişdi.

Buna görə də amerikalılar Brembo əyləclərindən imtina edərək, Carbon Industries əyləclərinə keçməyi qərara alıblar.

Günter Ştayner: “Yeni əyləcləri böyük ehtimalla Bəhreyndə yoxlayacağıq. Hazırda elə də böyük problem yoxdur. İlk yarışa hazırkı əyləclərlə çıxacağıq. Bu mövzu ilə əlaqədar müvəqqəti həll yolumuz var. Buna görə də problemlə üzləşməyəcəyik. Amma uzun müddətdə bu bizə problem yarada bilər. Buna görə də bu işi Bəhreyndə həll edəcəyik. Məqsədimiz ilk yarışda gözəl nəticə almaqdır. Hazırda buna fokuslanmışıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 994
Teqlər , , ,
Paylaş

logo