E.Qutyerres: “Braziliya yarışına ümidliyəm”

Haas komandasının sürücüsü Esteban Qutyerres Braziliya yarışından əvvəl həyəcanlı olduğunu deyib.

F-1.az xatırladır ki, Qutyerres son iki yarışda problemlərlə üzləşərək, pis nəticələr almışdı.

Esteban Quryerres: “Hər yarışdan çox şey öyrənirik. Xüsusən də pis keçən həftəsonlarından. Bunun hesabına geridə olduğumuz sahələri bilirik və sonrakı yarışa hazırlaşırıq. Son iki yarışda işlər bizim üçün yaxşı getmir. Amma problemlərin səbəbini tapmışıq. Braziliyaya ümidliyəm. Burada sürməkdən həzz alıram.

Tras qısa olsa da, çətin döngələri var. Bəzi döngələrdə porebriklərdən çox istifadə etmək lazımdır. Bəzən də onlardan qaçmalısınız. Əgər burada yaxşı ritm tutsanız, yaxşı dövrələr vura bilərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*