K.Maqnussen: Fransa bənzərsizdir

Haas komandasının sürücüsü Kevin Maqnussen Pol Rikarda yaxşı performans göstərmək istəyir.

F-1.az xatırladır ki, Haas komandası yenilik gətirməsə də, son yarışlarda yaxşı performans göstərirlər.

Kevin Maqnussen: “Fransa trasının bənzəri yoxdur. Çox düzdür və çoxlu qaçış sahələri var. Orada sürmək fərqlidir. 2018-ci ildə orada yaxşı nəticə qazanmışdıq. Buna görə də oraya qayıtmaq gözəl olacaq. Ümid edirəm ki, yaxşı nəticə qazanarıq.

Bu trasda uzun müddətdir ki, Formula1 maşını sürmürəm. Sazlanma tapmalıyıq. Ancaq trasda geniş qaçış sahələri olduğu üçün risk yoxdur. İlk dövrələrdən limitdə sürmək mümkündür.

Bu yeniliklərdən əvvəlki son yarışdır. Hər yarışda bolidi daha yaxşı tanıyır və maksimumu alırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*