C.Palmer: “Maqnussen səhv etdi”

Gələn il üçün Renault-da qalan Palmer bildirib ki, Maqnussen Haas-a keçməklə böyük səhv edib.

F-1.az xatırladır ki, Maqnussen Renault-nun müqavilə təklifini rədd edərək, Haas komandasına keçmişdi. Buna görə də, fransızlar Palmerlə birillik müqavilə imzalamışdı.

Colion Palmer: “Düzünü desəm, bunu eşidəndə təəccübləndim. Renault-nun təklifini rədd etmək böyük səhvdir. Çünki gələn il Haas-ı qabaqlayacayıq. Hazırkı vəziyyətdə zavod komandasında yarışmalısınız. Məncə, iki il Toro Rosso-da yarışmaqdansa, bir il Red Bull-da yarışmaq daha yaxşıdır. Amma mən buna görə narahat deyiləm, çünki mənim üçün heç nə dəyişməyib”.

Kevin Maqnussen: “Komandadan getdiyim üçün Palmer sevincli olmalıdır. Haas-ın builki inkişafı mənə təsit etdi. Onlar başqa komandanı almayıblar. Yeni komanda və yeni baza yaradıblar. Məncə, bu çox təsiredicidir”.

Palmer əmindir ki, gələn il Hülkenberqə qarşı güclü performans göstərəcək: “Gələn il güclü performans göstərməliyəm. Gələn il üçün bir seçimim var: Renault üçün yaxşı işlər görmək. Özümə inanıram və gələn il güclü olacağımı bilirəm. Yaxşı iş görsəm, Renault-nun bir parçası ola bilərəm. Komandada qalmaq məni rahatlatsa da, əlimdən gələnin ən yaxşısını edəcəm. Gözəl bir yarış keçirmək istəyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*