18 Avqust 2019, Bazar - 00:50

Haas komandasında dəyişiklik baş verib

Haas komandasında dəyişiklik baş verib

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 19 Yanvar, 2019

Haas F1 komandasının sürücüləri Kevin Maqnussen və Roman Qrojan bu il yeni yarış mühəndisləri ilə yarışacaqlar.

F-1.az xatırladır ki, Formula1-də 2016-cı ildə debüt edən amerikanlar 2018-ci ildə Mühəndislər Kubokunda 5-ci olaraq ən yaxşı nəticələrini əldə ediblər.

Son mövsümdə Qəri Qannon və Culiano Salvi müvafiq olaraq Roman Qrojanla Kevin Maqnussenə yarış mühəndisliyi etmişdilər. Amma Haas komandası məcburən heyətdə dəyişiklik edib. Salvi 2018-ci ilin sonunda komandadan ayrılıb və italiyalı mütəxəssisin Ferrari-yə qayıtması iddia edilir. Belə olan halda Qənnon bu il Maqnussenin yarış mühəndisi olacaq. Qrojanın yarış mühəndisi isə Dominik Heyns olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 322
Teqlər , ,
Paylaş

logo