Y.Maqnussen: “Oğlum Renault-da qalmalıdır”

Kevin Maqnussenin atası Yan Maqnussen oğlunun Renault-dan ayrılacağı ilə bağlı söz-söhbətlərə qulaq asmadığını bildirib...

F-1.az xatırladır ki, Kevin Maqnussen Renault komandasına bu il transfer olunub və komandasının builki yeganə xallarını qazanıb. Yan Maqnussen bildirib ki, Renault Kevin Maqnussen ilə yarışmağa davam etməlidir: “Bilirəm ki, Kevin yaxşı işləyir. Xüsusən də, fiziki cəhətdən yaxşı hazırlaşır. Bəlkə də indiyə qədər hazırlaşdığından daha çox hazırlaşır. O tez-tez zavoda gedir və simulyatorda işləyir. Buna görə də, onun barəsində çıxan xəbərlərə fikir vermirəm.

Maqnussen özünü inkişaf etdirmək üçün üzərində işləyir. O, builki performansı ilə Palmerdən üstün olduğunu göstərdi. Əminəm ki, o gələn il də Renault-da qalacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*