K.Maqnussen: “Poul qazandıq”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, 7-ci yer poula bərabərdir.

F-1.az xatırladır ki, danimarkalı sürücü Barselonada komanda yoldaşı Qrojanla birlikdə sıralanma turunun son sessiyasına qala bilib. 26 yaşlı sürücü 7-ci yeri tutaraq, orta qrupun ən güclüsü olub.

Kevin Maqnussen: “Sıralanma turu yaxşı keçdi. Yeddinci yer poula bərabərdir. Ferrari, Mercedes və Red Bull deyilsinizsə, ən yaxşı nəticə budur. Çox xoşbəxtəm. Yarış üçün səbirsizlənirəm və yaxşı xallar qazana bilərik. Yaxşı yerdən başlayırıq. Hamı yarışı bitirə bilsə, çox gözəl nəticə ala bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*