Renault 2016-cı il bolidinin inkişafını saxlayır?

Danimarka mətbuatının yaydığı xəbərə görə, Renault komandası 2016-cı il bolidinin inkişafını dayandıracaq...

F-1.az xatırladır ki, Renault Lotus komandasını gec satın almışdı və ona görə də yeni mövsümə lazımi qədər hazırlaşa bilməmişdi.

Siril Abitebul: “Hazırda aerodinamik yeniliklər edirik. Xüsusən də, İspaniya yarışı üçün çoxlu yenilik planımız var.

Hazırda həm 2016-cı il bolidinin, həm də 2017-ci il bolidinin üzərində işləyirik, amma 2016-cı il bolidinin üstündə nə qədər işləyəcəyimizi bilmirik.

Bolidi inkişaf etdirmək üçün müxtəlif planlarımız var. Performansımızı artırıb, çempionatda daha yaxşı yerlər tuta bilərik. Amma 2017-ci ildə çoxlu aerodinamik dəyişikliklər olacaq və buna görə də nə etməli olduğumuza qərar verməliyik. İki həftə ərzində bəzi qərarlar verəcəyik.

Güc qurğusu bizim üçün fərqli bir mövzudur. Bolidi nə qədər inkişaf etdirsək də, mühərrik gərək rəqabətədavamlı olsun.

Yeni mühərrik gələndə, neçə at qüvvəsi qazanacağımızı bilmirəm. Amma düşünürük ki, Mercedes ilə olan fərqi yarı-yarıya endirəcəyik”.

Siril Abitebul komandanın danimarkalı sürücüsü Kevin Maqnussen barədə də danışıb: “O, əsl liderdir. Kevin ilə birillik müqaviləmiz var. Amma Kevinin indiyə kimi gördüyü işlərdən sonra onunla davam etməmək üçün heç bir səbəb görmürəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*