K.Maqnussen yeni bolidlər barədə nə düşünür?

Haas komandasının yeni sürücüsü Kevin Maqnussen bildirib ki, 2017-ci ilin bolidləri ondakı zəif nöqtələrin təsirini azaldacaq.

F-1.az xatırladır ki, bu ildən etibarən Formula1-in texniki reqlamentində dəyişikliklər olacaq və sürücünün bolid üzərindəki təsirinin daha çox olması gözlənilir.

Xatırladaq ki, danimarkalı sürücü Formula1 karyerasına 2014-cü ildə başlamış və bolidlərə gec öyrəşdiyi üçün çoxlu səhvlər etmişdi. Daha sonra idmana öyrəşən Maqnussen 2017-ci ildə yeni uğurlar qazanmaq istəyir: “Yeni bolidlərin asfaltayatma qüvvəsi daha yüksək olacaq. Bu da mənim daha yaxşı sürməyimə kömək edəcək. 2017-ci il mövsümünün başlamasını səbirsizliklə gözləyirəm. Yeni bolidləri sürmək həzz verəcək. Əgər gözləntilərimiz doğru çıxsa, çox sürətli bolidlərlə yarışacağıq və mükəmməl mübarizələr izləyəcəyik. Həm bizim üçün, həm də fanlar üçün mükəmməl mövsüm ola bilər.

Üzərimizə daha çox fiziki yük düşəcək və buna görə də qış fasiləsini buna ayırmışam. Özümü çox yaxşı hiss edirəm və yeni mövsümü səbirsizliklə gözləyirəm. Keçən il Coliondan çox şey öyrəndim və bu il də Romanla bir yerdə komandaya fayda vermək istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*