Haas yeni bolidini sabah təqdim edəcək

Haas komandası yeni bolidinin rəng çalarını sabah təqdim edəcək.

Bu gün Red Bull komandasından sonra Haas komandası da təqdimat tarixini açıqlayıb. Beləliklə, amerikalılar yeni bolidləri VF-22-ni sabah Bakı saatı ilə 15:00-da təqdim edəcək. Bununla da, Haas 2022-ci il bolidini təqdim edən ilk komanda olacaq.

Haas ənənəvi olaraq əvvəlcə rəng çalarını, qış testlərindən bir çüddət əvvəl isə bolidi təqdim edirlər. Bu dəfə də elə olması gözlənilir. Lakin yenə də 2022-ci il bolidinin necə olacağı ilə bağlı ilkin təəssüratlar formalaşa bilər.. Komandanın yayımladığı şəkillərdən isə belə görünür ki, maşın yenə də mavi, ağ və qırmızı rəng çalarında olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*