E.Qutyerres: “Ştayner yaxşı zamanda gəlmədi”

Esteban Qutyerres Braziliyada mübarizəni dayandırdıqdan sonra ona təsəlli verməyə gələn Günter Ştaynerə sərt reaksiya göstərdiyi üçün məyus olduğunu bildirib..

F-1.az xatırladır ki, Qutyerres Braziliyada mübarizəni dayandırdıqdan sonra boksa gəlmiş və orada əlcəklərini yerə çırpmışdı. Bunu görən komandanın rəhbəri Günter Ştayner meksikalının yanına gələrək onu sakitləşdirməyə başlasa da, 25 yaşlı sürücü komandanın rəhbərinə sərt reaksiya göstərərək, boksdan ayrılıb.

Esteban Qutyerres: “Səhv vaxtda səhv şeylər oldu. Heç kimə əsəbləşməmişdim. Yarışdakı vəziyyətə əsəbləşmişdim. Mövsüm ərzində həmişə belə oldu. Əlimə fürsət düşən kimi problemlər çıxırdı. Heç kimi günahkar saymıram. Ştayner səhv vaxtda yanıma gəldi və mən də o anın adrenalini ilə partladım. Bunu içimdəki yarış hirsi ilə etdim. Daha sonra görüşdük və bu hadisəyə güldük. Həmin anda olanların səhv yozulduğunu anlamalı idi. Adrenalin yüksək səviyyədə olanda bu cür halların olması labüddür.

Bu şəraitdə sürmək çətin idi və həzz verirdi. Təbii ki, yüksəlmək çətin idi, amma tempimiz yaxşı idi. Amma elektronik cəhətdən problem yaşadım və dayanmalı oldum. Bolidi sürmək mümkün deyildi. Yaxşı temp tutmuşdum və xal almaq üçün şansım var idi. Bu cür bolidlə mübarizəni dayandırmaq mənə pis təsir etdi. Əlimdən heç nə gəlmirdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*