G.Ştayner: “Haas verdiyi sözlərə əməl etdi”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, komanda bu il verdiyi sözlərə əməl edib...

F-1.az xatırladır ki, Roman Qrojan Haas ilə Avstraliyada 6-cı, Bəhreyndə isə 5-ci yeri tutmuşdu. Haas bu performansından sonra çoxlu təriflər almışdı, amma eyni zamanda Ferrari-dən aldıqları yardımlara görə tənqid olunmuşdu.

Amma Ştayner mövsümün ilk yarısından razı qalıb: “Bəzi enişlər və yoxuşlar oldu. Bəzən yaxşı idi, bəzən də pis. Amma vəziyyət heç vaxt çox pis olmadı. İlk iki yarışda yuxarı pillələrdə idik. Daha yuxarı pillələrdə olmağımızı gözləyərdiniz, amma bunu etmək asan deyil. Bütün komandalar daha yaxşı nəticələr qazanmaq üçün işləyirlər. Nəticədə etdiklərimizə görə fəxr edə bilərik. Düşünürəm ki, verdiyimiz sözləri tutmuşuq. Yaxşı hazırlanıb, yaxşı xallar qazandıq. Amma daha yaxşı nəticələr qazanmaq istəyirik. Biz həmişə demişdik ki, 8-ci və 14-cü yerlər arasında olacayıq. Mövsüm bitənə qədər bir bolidimizlə son sessiyaya qalmaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*