D.Kvyat yenidən Red Bull-a qayıdır?

Hazırda dözümlülük yarışlarında çıxış edən Mixail Alyoşin bildirib ki, Daniil Kvyat yenidən Red Bull komandasında yarışa bilər.

F-1.az xatırladır ki, Kvyat 2015-ci ildə Red Bull komandasına keçsə də, 2016-cı ilin Rusiya yarışından sonra yenidən Toro Rosso komandasına göndərilmişdi. Lakin burada bərbad performasn göstərən rusiyalı sürücü 2017-ci il mövsümü başa çatmamış Toro Rosso-dan da qovulmuşdu. Amma 2019-cu ildə “qırmızı buzovlar” 24 yaşlı sürücünü yenidən heyətlərinə qatıblar.

Kvyat mövsümün ilk yarışı Avstraliyada rəqibi Qaslini arxada qoyaraq, komandasının düzgün addım atıdığını göstərmişdi.

Mixail Alyoşin: “Kvyat Melburnda rəqibi Qaslini buraxmamaqla xarakterini göstərdi. Bu, yaxşı idi. Qasli niyə belə zəif sürdü bilmirəm. Kvyat belə davam etsə, güclü komandaya keçməsinə ümid edə bilərik. Bilirəm, belə danışmaq üçün tezdir. Amma hazırda hər şey onun xeyrinədir”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*