14 Dekabr 2018, Cümə - 01:07

K.Horner: “Sürücülər üzr istəyəcəklər”

K.Horner: “Sürücülər üzr istəyəcəklər”

Müəllif: Rauf Hacıyev, redaktor

12:12 - 30 Aprel, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, hər iki sürücü Bakıdakı qəzaya görə bazadakı işçilərdən üzr istəyəcək.

F-1.az xatırladır ki, Rikkardo yarışın 39-cu dövrəsində Maks Ferstappenə hücum edərkən, hollandiyalı sürücüyə arxadan çırpılıb və hər iki sürücü mübarizəni dayandırmalı olub.

Kristian Horner: “Barselonada aralarında problem yaşanmayacaq. Buna şübhə etmirəm. Amma hər ikisi də bütün etibarlarını itirdilər. Bunu bədən dillərindən görmək mümkündür. Barselonadakı yarışdan əvvəl bütün komandadan üzr istəmək üçün bazada olacaqlar. Hər şey qapalı qapılar arxasında müzakirə ediləcək. Bu sürücülər komanda adına yarışırlar və hər şeyi məhv etdiklərini anlamalıdırlar. Bütün işçilərdən üzr istəyəcəklər. Çünki belə görünür ki, onlar bir komandada olduqlarını unudublar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , , , , , ,
Paylaş

logo