M.Ferstappen: “Əbu Dabidə son sektor çox vacibdir”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, mövsümün son yarışını səbirsizliklə gözləyir.

F-1.az xatırladır ki, hazırda Ferstappen sürücülər çempionatında 5-ci yerdədir və önündəki Fetteldən 5 xal geri qalır.

Hollandiyalı bildirib ki, Əbu Dabidə kiçik bir səhv sürücülər üçün baha başa gələ bilər və son sektor çox vacib olacaq: “Əbu Dabidəki trasın dizaynı fərqlidir. Burada çoxlu yavaş döngələr var və xırda səhvin belə heç yeri yoxdur. Təkərlərdən əlverişli istifadə etmək nəticəyə çox təsir edəcək. Təkərləri qoruya bilsək, son sektorda rəqiblərimizdən sürətli ola bilərik.

Mövsümün son yarışından əvvəl geriyə dönüb baxanda görürəm ki, yaxşı işlər görmüşəm. Gələn il qaydalar çox dəyişəcək və bunlara adaptasiya olmaq çox vacibdir. Buna görə də Əbu Dabidəki yarışdan sonra çox işimiz olacaq. Gələn ilin bolidinə minmək üçün səbirsizlənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*