25 Avqust 2019, Bazar - 23:09

İspaniya-2016: Günün Sürücüsü – Maks Ferstappen

İspaniya-2016: Günün Sürücüsü – Maks Ferstappen

Müəllif: Rauf Hacıyev, redaktor

16:34 - 17 May, 2016

İspaniya QP-də karyerasının ilk qələbəsini qazanan Maks Ferstappen Günün Sürücüsü seçilib.

F-1.az xatırladır ki, gənc sürücü Red Bull ilə çıxdığı ilk yarışa 4-cü yerdən başlamışdı və iki pit-stoplu strategiya ilə qələbə qazanmışdı.

Gənc sürücü yarışın sonunda Rəykkönenin hücumlarına uğurla tab gətirmişdi və yarışdan sonra başladılan səsvermədə İspaniya QP-də Günün Sürücüsü seçilib.

Ferstappen İspaniyada bir neçə ilkə imza atıb. Hollandiyalı sürücü karyerasında ilk dəfə günün sürücüsü mükafatını alıb.

Xatırladaq ki, AvstraliyaBəhreyn yarışlarında Roman Qrojan, Çində Daniil Kvyat, Rusiyada isə Kevin Maqnussen Günün Sürücüsü seçilmişdilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 553
Teqlər , , , , , ,
Paylaş

logo