M.Ferstappen: Mercedes çox üstündür

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sıralanma turunda Mercedes-ə çatmaq mümkünsüzdür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü İspaniyadakı cümə sərbəst yürüşlərində lider Həmiltondan 1 saniyə geridə qalıb.

Maks Ferstappen: “Qış testlərinə nisbətən inkişaf etdiyimiz barədə bir söz deyə bilmərəm, çünki hava çox istidir. O vaxt yığdığımız məlumatlar indi bir işə yaramır. Amma bu gün maşın əla işlədi. Vahid dövrədə Mercedes-dən zəifik, lakin bolidin yarış tempindəki performansını bəyəndim.

Bu həftəsonu ən sərt təkərlərdən istifadə edirik. Onlarla işləmək asandır. Ancaq mən daha yumşaq təkərləri istəyərdim. Sıralanma turunda Mercedes-ə çatmaq mümkün olmayacaq. Çox güclüdürlər. Lakin yarış müəmmalıdır. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*