Yeni İspaniya trasında start/finiş düzlüyündə ötmə rejimi üçün bir zona var. Bu zonanın ölçmə (deteksiya) nöqtəsi 22-ci döngənin girişində yerləşir. Ölçmə nöqtəsində rəqibin maşınından bir saniyə daxilində geri qalan sürücü əlavə elektrik enerjisi əldə edərək ötmə rejimini aktivləşdirə biləcək. Ötmə rejiminin aktivasiya nöqtəsi isə 22-ci döngədən 40 metr sonradır.
SM zonaları iki altbölməyə ayrılıb – aktiv aerodinamikadan təkərlərin trasla normal ilişmə şəraitində istifadə olunan zonalar (arxa və ön antiqanadın açılması mümkündür) və ilişmənin azaldığı şəraitdə istifadə olunan zonalar (yaş trasda yalnız ön antiqanadın açılması mümkündür).

Normal ilişmə şəraitində aktiv aerodinamikadan 22-ci döngədən 105 metr sonra və 3-cü döngədən 20 metr sonra başlayan iki hissədə istifadə etmək olar.
Azalmış ilişmə şəraitində aktiv aerodinamikadan 22-ci döngədən 130 metr sonra və 3-cü döngədən 70 metr sonra başlayan iki hissədə istifadə etmək olar.





