İspaniya-2021: Sıralanma turu

İspaniya Qran Prisi adətən hər mövsüm Avropadakı ilk yarış olur. Trasın quruluşu yenilikləri test etməyə tam uyğundur. Hər il buraya mövsümün ilk yenilikləri gətirilsə də, bu dəfə demək olar ki, son yeniliklər gətirilib. Çünki bütün komandaların yaydan etibarən gələn ilin maşınına köklənəcəyi gözlənilir.

F-1.az xatırladır ki, cümə günü baş tutan məşqlərdə Mercedes sürücüləri protokollara başçılıq etsələr də, bu gün keçirilən son sərbəst yürüşlərdə Ferstappen hamıdan sürətli olub. Burada sıralanma turu çox əhəmiyyətlidir. Keçidlərin çətin olduğu trasda son 20 ildə 17 dəfə pouldan başlayan sürücü qalib gəlib.

Pirelli Portuqaliyadakı yarışda olduğu kimi, bura da ən sərt təkərləri – C1, C2 və C№ tərkiblərini gətirib. Hard təkərlərlə işləmək demək olar ki, mümkünsüz olduğundan, komandalar digər iki tərkibə üz tutublar.

Sıralanma turu 10 dəqiqə gec başlayıb, buna səbəb dəstək yarışında baş verən insidentdən sonra trasda bərpa işlərinin görülməsi olub.

İlk Sessiyada Mercedes sürücüləri Medium, qalan hamı isə Soft təkərlərlə mübarizəyə başlayıb. Rassell dərhal boksa qayıtsa da, bir qədər sonra yenidən trasa çıxıb. Sürücülər tıxacdan şikayətləniblər. Mazepin Norrisi blokladığı üçün sessiyadan sonra startda 3 yer itirmək və 1 cərimə balı ilə cəzalandırılıb. Bottas 1:18.005 ilə hamıdan sürətli olub. İlk 8 yeri tutan sürücü ikinci cəhdə çıxmayıb. Norris isə 1:17.821-lik nəticə ilə protokollara başçılıq edib. Mazepin, Latifi, Şumazer, Rəykkönen və Tsunoda üçün mübarizə başa çatıb.

Son Sessiyada Covinatsidən başqa hamı Soft təkərlərlə trasa çıxıb. Ferstappenin ilk cəhddi daha uğurlu alınıb – 1:16.922. Niderlandlı sürücü ikinci cəhdinə çıxmasa da, bu nəticə ən yaxşı olaraq qalıb. Rassell, Covinatsi, Fettel, Qasli və Stroll son mərhələyə keçməyə nail ola bilməyiblər. İlk onluğa 5 komanda – Mercedes, Red Bull, McLaren, Ferrari və Alpine tam heyətlə düşüblər.

Peres ilk cəhdində trasdan çıxıb və boksa qayıdıb. Həmilton Ferstappeni minimal fərqlə üstələyərək 1:16.741-lik nəticə əldə edib. İkinci cəhdlər zamanı küləyin istiqamətini dəyişməsi həlledici olub və ilk üçlükdəki sürücülər nəticələrini yaxşılaşdıra bilməyiblər. Lekler dördüncü, Peres isə səkkizinci yerə yüksəlib. Rikkardo isə növbəti sürətli dövrəsini vurmaq üçün start xəttini vaxtında keçə bilməyib.

Lyuis Həmilton mövsümdə ikinci, karyerasında isə yubiley 100-cü poulunu qazanıb. Sabahkı yarışa onun yanından Maks Ferstappen, ikinci cərgədən Valtteri Bottas və Şarl Lekler, üçüncü cərgədən isə Esteban Okon və Karlos Sayns başlayacaq.

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 9 1:18.245 7 3 1:17.166 6 1:16.741 6
2 33 Maks Ferstappen Red Bull 4 1:18.090 5 1 1:16.922 3 1:16.777 6
3 77 Valtteri Bottas Mercedes AMG 2 1:18.005 4 2 1:17.142 6 1:16.873 6
4 16 Şarl Lekler Ferrari 3 1:18.041 6 7 1:17.717 6 1:17.510 6
5 31 Esteban Okon Alpine 11 1:18.281 3 9 1:17.743 6 1:17.580 6
6 55 Karlos Sayns Ferrari 7 1:18.205 3 4 1:17.656 6 1:17.620 6
7 3 Daniel Rikkardo McLaren 10 1:18.264 3 8 1:17.719 6 1:17.622 5
8 11 Serxio Peres Red Bull 6 1:18.203 6 5 1:17.669 6 1:17.701 5
9 4 Lando Norris McLaren 1 1:17.821 6 6 1:17.696 5 1:18.010 6
10 14 Fernando Alonso Alpine 12 1:18.281 6 10 1:17.966 5 1:18.147 6
11 18 Ləns Stroll Aston Martin 8 1:18.241 6 11 1:17.974 6
12 10 Pyer Qasli AlphaTauri 5 1:18.190 3 12 1:17.982 6
13 5 Sebastyan Fettel Aston Martin 13 1:18.289 6 13 1:18.079 6
14 99 Antonio Covinatsi Alfa Romeo 15 1:18.549 6 14 1:18.356 6
15 63 Corc Rassell Williams 14 1:18.445 8 15 1:19.154 3
16 22 Yuki Tsunoda AlphaTauri 16 1:18.556 6
17 7 Kimi Rəykkönen Alfa Romeo 17 1:18.917 6
18 47 Mik Şumaxer Haas 18 1:19.117 9
19 6 Nikolas Latifi Williams 19 1:19.219 9
20 9 Nikita Mazepin Haas 20 1:19.807 9
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*