Haas yenilikləri bir maşına gətirəcək

Mövsümün əvvəlindən bəri maşına heç bir yenilik gətirməyən Haas komandası çoxdandır ki, bunun üçün Macarıstan yarışını gözlədiyini bildirir.

F-1.az xəbər verir ki, Fransadakı yarış başa çatdıqdan sonra yeni altlığın və yan pantonun yalnız Kevin Maqnussenin maşınına quraşdırılacağı məlum olub. Komandanın rəhbəri Günter Ştayner yenilikləri iki nüsxədə hazırlamaq imkanında olmadıqlarını, onların xal hesabında üstün olan sürücüyə verəcəklərini deyib.

Günter Ştayner: “Biz çətinliklə yalnız bir maşın üçün yeniliklər hazırlaya bildik. Bu il qəzalarımız çox oldu, ona görə də, ehtiyat hissələrin istehsalı üçün bütün resursları sərf etmişik. Bununla belə, Macarıstanda mütləq bir maşına yenilikləri quraşdırmalıyıq ki, yay fasiləsində onların səmərəliliyini təhlil edək”.

Mik Şumaxer onları ən yaxşı halda avqustun sonunda Belçika Qran Prisində alacaq. Eyni zamanda, Miki güc qurğusunun dəyişdirilməsinə görə cərimə də gözləyir. Komanda bunu da Spadakı yarışa planlaşdırıb. Ştayner Budapeştdə şərait məcbur etməsə, gənc sürücünün güc qurğusunda heç bir dəyişiklik etməyəcəklərini bildirib…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*