L.Həmilton: Limitlərdə sürdüm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Macarıstan yarışında limitlərdə sürüb.

F-1.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı yarışı sürətli dövrə vuraraq qazanıb və aktivinə 26 xal yazdırıb.

Lyuis Həmilton: “İstəyirsiniz inanın ya da inanmayın xüsusilə yarışın sonlarında sürətli dövrə vurmaq üçün hər şey etdim. Hamını təbrik edirəm. Xüsusilə mühərrik şöbəsində işləyən uşaqları təbrik edirəm. Çünki mühərriyin at gücünü artırmaqçün hər şey etdilər.

Düzünü desəm, bu trası çox sevirəm. Performansımız yaxşı idi və komandamız olmasa, bunu bacara bilməzdim. Əla pit-stoplar etdilər və yaxşı strategiya seçdilər. Yarışın sonlarında isə yeni təkərlərlə bir xal almaq çox gözəl oldu. Belə davam etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*