N.Lauda: “Rosberq çempion olacaq…”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Rosberq heç bir problem yaşamasa, çempion olacaq...

F-1.az xatırladır ki, Yaponiya yarışını Rosberq qazandığı halda, Həmilton 3-cü olmuşdu və fanlarını məyus etmişdi.

Lauda bildirib ki, hər iki sürücüsü də çox güclüdür və sürüşlərində səhv tapmaq qeyri-mümkündür. Avstriyalı əfsanə əlavə edib ki, Rosberqin bolidində problem olmasa, rahatlıqla Dünya Çempionu titulunu qazana bilər: “Niko hazırda hər şeyi düz edir. Əgər hər şey mövsümün sonuna qədər normal davam etsə, Lyuis onu çətinki keçsin. Başqa cür necə olar – bilmirəm.

Lyuis bu il bəzi problemlərlə üzləşdi. Bunlar olmasaydı, turnir cədvəli necə olardı – bilmirəm. Amma Niko bu problemlərlə üzləşməsə, Həmiltonun işi çətin olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*