L.Həmilton gənc sürücülərdən qorxmur

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, gənc sürücülərdən qorxmur.

 

F-1.a xatırladır ki, britaniyalı əfsanəvi sürücü gələn il Corc Rassellə komanda yoldaşı olacaq. Bundan başqa yeddiqat Dünya Çempionu gənc sürücülərlə – Şarl Lekler, Maks Ferstappen, Lando Norris, Karlos Sayns – mübarizə aparır.

Lyuis Həmilton: “Sözün açığı gənc sürücülərdən qorxmuram. Gələn il bolidlər güc cəhətdən yaxın olacaqlar. Yarışlar daha yaxın keçəcək. Buna görə də sürücünün istedadı da vacib rol oynayacaq. Buna görə də Formula1-də qalıb, istedadımı göstərmək istəyirəm. Bizim idmanımızda bu heç də asan olmur. Buna görə həvəsliyəm. İnanıram ki, komandanın inkişafına kömək edəcəm. Boliddə nəyin əskik olduğunu bilirəm.

Ümid edirəm ki, Rassellin yanımda böyüməsi ona yaxşı təsir edəcək. O, sürətli olsa da, əminəm ki, məndən öyrənəcəkləri var. Mən də ondan öyrənə bilərəm. Gənc sürücüdən bir şey öyrənməkdən qorxmuram. Sadəcə qalib gəlmək istəyirəm. Yaşlandıqca daha çox idman etməliyik. Gənc olanda az”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*