Toskana Qran Prisi: Yarış

Pandemiya ilə bağlı mövcud vəziyyət Mucellonun "bəxtini açıb" - çoxdandır təqvimə girmək istəyən tras rəhbərliyi builki şərtlərdə buna nail olublar. Lakin çox böyük ehtimalla, buradakı yeganə yarış olaraq xatirələrdə qalacaq...

F-1.az xatırladır ki, baş tutan bütün sərbəst yürüşlərdə protokollara başçılıq edən sürücü Valtteri Bottas olub. Lakin finlandiyalı sürücü bu uğurunu sıralanma turunda davam etdirə bilməyib və karyerasında 95-ci poulunu əldə edən komanda yoldaşı Lyuis Həmiltona cüzi fərqlə uduzub.

İkinci məşqlərdəki insidentə görə Serxio Peres startda bir yer itirməklə cəzalandırılıb. Startda Mercedes sürücüləri ilk, Red Bull sürücüləri ikinci, Lekler və Stroll üçüncü, Peres və Rikkardo isə dördüncü cərgəni tutublar. Yubiley 1000-ci yarışına çıxan, bununla əlaqədar maşını xüsusi olaraq rəngləyən Ferrarini Leklerin startdakı yeri bir qədər ümidləndirib.

Pirelli buradakı asfalt örtüyünü nəzərə alaraq, ən sərt üç tərkibi gətirib. Tərkiblər arasında fərq böyük olub, Soft təkərlərin tez aşınması, Hard təkərlərin isə yol tutuşunun az olması ilə əlaqədar maşınların çox sürüşməsi Medium təkərləri ən ideal tərkib edib. Kvyat, Rəykkönen, Qrojan, Rassell və Latifi Medium, yerdə qalan sürücülər isə Soft-larla start alıblar.

İsinmə dövrəsində Ferstappenin motorunda problem yaranıb və mühərrik təhlükəsiz rejiminə keçib.

Startda Bottas Həmiltonu keçərək liderliyə yüksəlib. Lyuisi üstələməyə hətta Ferstappen də çox yaxın olub, lakin düzlüyün sonunda motor güc itirib və xeyli geriyə düşüb. Qasli Rəykkönen və Qrojana, Rəykkönen də öz növbəsində Maksla toqquşub, nəticədə Ferstappen və Qasli üçün mübarizə başa çatıb. Sayns Strolla təmasda yerində fırlanıb və Fettel onunla toqquşaraq ön qanadını qırıb. Təhlükəsizlik Maşını trasa çıxıb. 2-ci dövrədən sonra ilk onluq: Bottas – Həmilton – Lekler – Elbon – Stroll – Rikkardo – Peres – Norris – Kvyat – Okon.

Restart 7-ci dövrədə verilib. Bottas sürətlənmək üçün tələsməyib. Nəticədə arxada daha tez sürətlənən sürücülər yenidənq əzaya səbəb olublar – Covinatsi Maqnussenlə, Sayns isə Covinatsi ilə toqquşub. Onlarla birgə, qəzaya qarışan Latifi də yarışdan kənarda qalıblar. Stüardlar bunu əvvəlcə yarış insidenti kimi qəbul etsələr də, sonradan 12 sürücüyə xəbərdarlıq veriblər.

TM yenidən trasa çıxıb, bir qədər sonra isə yarış qırmızı bayraqlarla dayandırılıb – start düzlüyündəki qırıntıları təmizləmək lazım gəlib. Hamı təkərlərini dəyişib – Mercedes sürücüləri, Rassell və Rəykkönen orta, digərləri isə yumşaq təkərləri seçiblər. Əyləclər çox isindiyindən, Okon da yarışdan çəkilməli olub. Fasilə yarım saat davam edib.

İkinci restartda Həmilton liderliyini qaytarıb, Elbon bir neçə yer itirib. 15-ci dövrədə Rikkardo Peresi üstələyib, Stroll 3 dövrə sonra Lekleri üçüncülük uğrunda mübarizədə geridə qoyub, lakin onun komanda yoldaşı Peres mövqe itirməyə davam edib və bu dəfə də Elbona keçilib. Lekler növbəti 3 dövrədə Rikkardo, Elbon və Peresə də boyun əyməli olub. 21-ci dövrədən sonra ilk onluq: Həmilton – Bottas – Stroll – Rikkardo – Elbon – Peres – Lekler – Norris – Kvyat – Rassell.

Lekler 22-ci dövrədə pit-stop edib, bir qədər sonra Qrojanı keçərək 12-ci olub. Rikkardo və Rəykkönen növbəti təkər dəyişimlərini 28-ci dövrədə ediblər. Kimi Pit-stopda xeyli vaxt itirib. Norris Peresi üstələyib. 29-cu dövrədə Peres, Fettel və Qrojan, 30-cu dövrədə Norris, Kvyat və Rassell, 31-ci dövrədə isə Stroll pitə yollanıblar. Rikkardo daha erkən davrandığı üçün Strollu üstələyib. Növbəti dövrələrdə Mercedes sürücüləri və Elbon da yeni təkərlərə keçiblər.

Stroll 43-cü dövrədə təkəri deşildiyi üçün trasdan çıxıb və qəza edib. Yarış yenə də qırmızı bayraqlarla dayandırılıb. Restart 25 dəqiqə sonra verilib, bu dəfə lider öz mövqeyini qoruya bilib, Rikkardo isə Bottası keçib. Lakin finlandiyalı sürücü bir qədər sonra yerini qaytara bilib. 49-cu dövrədən sonra ilk onluq: Həmilton – Bottas – Rikkardo – Elbon – Peres – Norris – Kvyat – Rəykkönen – Qrojan – Lekler.

50-ci dövrədə lekler Qrojanı, Elbon isə Rikkardonu keçib. Rassell də Qrojanı qabaqlayaraq ilk onluğa düşmək üçün sürətini artırıb. Pit yoluna girərkən qaydanı pozan Kimiyə 5 saniyə cəzası verilsə də, finlandiyalı sürücü məharətlə lazım olanı edib və ilk onluqda qalmaq üçün ehtiyacı olan fərqi yaradıb.

Lyuis Həmilton mövsümdə 6-cı, karyerasında isə 90-cı qələbəsini qazanıb. Valtteri Bottas ikinci olaraq komandasına mövsümdə üçüncü dublu qazandırıb. Aleksander Elbon isə karyerasında ilk podiumunu əldə edib.

Çempionat iki həftə sonra Soçi Avtodromunda davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 2:19:35.060 4
2 77 Valtteri Bottas Mercedes AMG + 0:04.880 4
3 23 Aleksander Elbon Red Bull + 0:08.064 4
4 3 Daniel Rikkardo Renault + 0:10.417 4
5 11 Serxio Peres Racing Point + 0:15.650 4
6 4 Lando Norris McLaren + 0:18.883 4
7 26 Daniil Kvyat AlphaTauri + 0:21.756 4
8 16 Şarl Lekler Ferrari + 0:28.345 4
9 7 Kimi Rəykkönen* Alfa Romeo + 0:29.770 5
10 5 Sebastyan Fettel Ferrari + 0:29.983 5
11 63 Corc Rassell Williams + 0:32.404 4
12 8 Roman Qrojan Haas + 0:42.036 4

 

* – Rəykkönenin nəticəsinin üzərinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:18.833 (58-ci dövrə, 239.518 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Ləns Stroll Racing Point 43 qəza
Esteban Okon Renault 7 əyləc
Karlos Sayns McLaren 7 qəza
Antonio Covinatsi Alfa Romeo 7 qəza
Kevin Maqnussen Haas 7 qəza
Nikolas Latifi Williams 7 qəza
Pyer Qasli AlphaTauri 1 qəza
Maks Ferstappen Red Bull 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 190
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 135
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 110
4 4 Lando Norris McLaren F1 Team 65
5 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 63
6 18 Ləns Stroll BWT Racing Point F1 Team 57
7 3 Daniel Rikkardo Renault DP World F1 Team 53
8 16 Şarl Lekler Scuderia Ferrari 49
9 11 Serxio Peres BWT Racing Point F1 Team 44
10 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 43
11 55 Karlos Sayns McLaren F1 Team 41
12 31 Esteban Okon Renault DP World F1 Team 30
13 5 Sebastyan Fettel Scuderia Ferrari 17
14 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 10
15 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 6
16 7 Kimi Rəykkönen Alfa Romeo Racing 2
17 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
18 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 325
2 Aston Martin Red Bull Racing Honda 173
3 McLaren F1 Team Renault 106
4 BWT Racing Point F1 Team Mercedes 92
5 Renault DP World F1 Team Renault 83
6 Scuderia Ferrari Ferrari 66
7 Scuderia AlphaTauri Honda Honda 53
8 Alfa Romeo Racing Ferrari 4
8 Haas F1 Team Ferrari 1
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*